ABŞ Polşanın qərarını yüksək qiymətləndirib

Vaşinqton Polşanın Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT XİN başçılarının iclasında iştirakına icazə verməmək qərarına hörmətlə yanaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter deyib.

O, vizaların verilməsi qərarının “təşkilata üzv ölkələrin suveren səlahiyyəti” olduğuna diqqət çəkib. Diplomat qeyd edib ki, görüşdə Rusiya səfiri Moskvanı təmsil edəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Varşavanın Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının Polşanın Lodz şəhərində keçiriləcək iclasında iştirakdan imtina etmək qərarı görünməmiş və təxribat xarakterli olduğunu bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinə görə, çünki bu, sədr statusu ilə bir araya sığmır.

Bununla yanaşı Kreml Varşavanın qərarının çətin ki, Moskvaya diskomfort gətirəcəyini bildirmişdi.

Prezidentin mətbuat katibi Dmitri Peskov isə Rusiya tərəfinin bundan ATƏT-dən daha az itirəcəyini bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə