Şotlandiyada sarı hava xəbərdarlığı edilib

Şotlandiyada sarı hava xəbərdarlığı edilib.

SİA-nın məlumatına görə, Dumfrays və Gallvey, Angus, Klakmannanşayr, Dandi, Pert, Kinross, Stirling, Argyll və Bet bölgələrində yaşayan əhaliyə güclü yağışların yağacağı, daşqınların baş verəcəyi ilə əlaqədar xəbərdarlıq olunub.
Vətəndaşlara, həmçinin pis hava şəraiti nəticəsində qatarların gecikəcəyi, nəqliyyatda problemlərin yaranacağı, evləri və iş yerlərini su basacağı barədə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə