BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası noyabrın 21-də keçiriləcək iclasında KXDR ətrafında vəziyyəti müzakirə edəcək. SİA xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının cümə günü yayılan proqramında deyilir.
KXDR üzrə müzakirələr Bakı vaxtı ilə saat 19:00-dan sonra planlaşdırılır.
Məsələyə baxılması təşəbbüsü Qərb dövlətlərinin olub.
Şimali Koreya cümə günü səhər saatlarında Yaponiya tərəfindən qitələrarası raket kimi təsnif edilən raket buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB