"Facebook" üz tanıma sistemini deaktiv edəcək

“Facebook” istifadəçilərin paylaşdığı foto və videolarda insanları avtomatik tanıyan “üz tanıma sistemi”ni deaktiv edəcəyini açıqlayıb. “Meta”nın Süni İntellekt üzrə vitse-prezidenti Jerome Pesenti dünən verdiyi açıqlamada bildirib ki, ““Facebook”da üz tanıma sistemi deaktiv edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o bildirib ki, şəbəkəyə daxil olan insanlar artıq foto və videolarda avtomatik olaraq tanınmayacaqlar və biz bir milyarddan çox insanın fərdi üz tanıma şablonlarını siləcəyik.

Qeyd edək ki, sistem qaradərililərlə ağdərililərin adlarını səhv uyğunlaşdırdığı üçün tənqid edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə