Pandemiya dövrünün işıqlandığı tətbiqlərdən biri olan video görüşmə/zəng tətbiqi “Zoom” bulud rabitə şirkəti “Five9”u 14,7 milyard dollara satın aldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu razılaşma Zoomun ilk milyard dollarlıq müqaviləsidir. Zoom CEO-su Eric Yuan deyib: ““Zoom”u yaxşılaşdırmağın və müştərilərimizə daha yaxşı xidmət göstərməyin yollarını daima axtarırıq. Bu, atacağımız addımlardan biridir”.
Zoom şirkətlərin pandemiya dövründə evdə işləmənin yayılması ilə bağlı video görüşmə problemlərinə bir həll yolu olub. Zoom 2020-ci ildə pandemiyanın təsiri ilə gəlirlərini 326 % artırıb. Zoom səhmləri keçən il 400 % artıb. “Five9”un səhmləri alındıqdan sonra 13% artıb. “Five9”bulud əsaslı texnologiya ilə zəng mərkəzi xidmətlərini təqdim edir.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə