"WhatsApp"-da görüntülü danışmaq mümkün olacaq

"WhatsApp"-da görüntülü danışmaq mümkün olacaq

Artıq "WhatsApp"-da görüntülü danışmaq mümkün olacaq. "Booyah" adlı bu tətbiq sadə şəkildə "WhatsApp" siyahısındakı şəxslərlə qarşılıqlı olaraq görüntülü danışmağa imkan verir.

"Booyah" necə işləyir?

Tətbiqi yüklədikdən sonra qarşınıza "Start Now" düyməsi çıxacaq. İlk olaraq üst qismində yer alan "Add Friends to This Сhart", daha sonra "Share With" işarəsilə açılan "WhatsApp" düyməsinə toxunun. Danışmaq istədiyiniz şəxsi seçdikdən sonra ona link göndərəcəksiniz. Bu link, görüntülü söhbət üçün vacib bir detaldır. Əgər tətbiq qarşı tərəfdə yüklənməyibsə, dostunuz bu link vasitəsilə birbaşa tətbiqin yükləmə əlaqəsinə yönləndiriləcək.

Görüntülü qrup söhbətinə 12 nəfərə qədər şəxsi əlavə etmək olur. Yeri gəlmişkən "Booyah" tətbiqi vasitəsilə təkcə "WhatsApp"-dakı dostlarınızla deyil, Snapchat, Instagram və Facebook Messenger kimi digər platformlardakı yoldaşlarınızla da söhbət edə bilərsiniz.

HD keyfiyyəti ilə görüntülü söhbətə imkan verən "Booyah" həm iOS, həm də Android platformasında istifadə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə