Hollivud aktyoru Leonardo Di Kaprio "Twitter"də rekordu təzələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Sağ qalan" filmində "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar"a layiq görülən məşhur aktyor dəqiqə ərzində 440 min tvit alıb.
Xatırladaq ki, bundan əvvəlki rekord məşhur aparıcı Ellen de Ceneresə məxsus idi. Belə ki, Ellen 2014-cü ildə "Oskar" kinomərasimini apararkən bir çox məşhurlarla selfi çəkdirmişdi və bu şəkillər aparıcıya dəqiqədə 225 min tvit gətirmişdi
Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının 88-ci təqdimetmə mərasimi Los-Ancelesdə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB