Sidneyin ən yaşıl binaları sırasındadır
34 mərtəbəli ofis-qüllə

Böyük Britaniyanın "Rogers Stirk Harbour + Partners" və Avstraliyanın "Lippmann Partnership" memarlıq şirkətlərinin layihəsi əsasında Sidney şəhərində yaddaqalan və cəlbedici hündür bina inşa edilib. "Arxinovosti" saytı xəbər verir ki, şəhərin mərkəzi hissəsindəki biznes rayonunda ucalan bina-qüllə daşınmaz əmlakla məşğul olan Avstraliyanın "Mirvas" şirkətinə məxsusdur.

İki dayaq üzərində olan 34 mərtəbəli bina 2 böyük şüşə blokdan ibarətdir. Onun ilk 5 mərtəbəsi istirahət və gözləmə üçün nəzərdə tutulub.

Ofis-qüllə Sidneyin ən yaşıl binaları sırasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə