“Kontura” 870 milyon manat xərcləmişik

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib
“Kontura” 870 milyon manat xərcləmişik

2015-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 642,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali sektoruna aid olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

"2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53%-i və ya 870,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb". – deyə komitənin hesabatında vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə