“KATV1” yüksək sürətli internet təklif edir

"KATV1" kabel operatoru və internet provayderi ən son "Ethernet" texnologiyası üzərindən internet təqdim edir. Şirkətdən verilən xəbərə görə, abunəçiyə yüksək buraxılış qabiliyyətinə malik fərdi optik kanal təqdim olunur ki, bu da bağlantının yüksək keyfiyyətini, həmçinin həddən artıq yüklənmə zamanı və günün istənilən vaxtı sabit sürəti, fasiləsiz, kəsintisiz və itkisiz rabitəni təmin edir.

Qeyd edək ki, "Yüksək sürətli məhdudiyyətsiz internet+TV" paketinə qoşulma bonus kampaniyası yanvarın 31-dək davam edəcək. Fevral ayından başlayaraq istifadəçilər əsas telekanallar paketi üçün 10 manat, internet üçün isə müvafiq standart tarif planına əsasən (100Mbit/s-ə qədər sürət 18 manatdan başlayaraq) ödəyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə