Son vaxtlar mobil maliyyə sahəsində yeni həllər dünyanın müxtəlif regionlarında, o cümlədən Şimali Amerika və Asiyada istifadəyə verilib. SİA-nın məlumatına görə, tezliklə mobil maliyyə sahəsində liderlik uğrunda mübarizəyə Avropa ölkələri də qoşulacaq.
Tədqiqatda iştirak edən avropalıların təxminən yarısı smartfonlardan mal və xidmətlərin ödənişi üçün istifadə etməyib. Bu, regionda mobil ödənişlərin inkişafı üçün yaxşı potensialdır. Hazırda avropalılar mobil bankçılıqdan nadir hallarda istifadə edir, telefondan müxtəlif xidmətlər üçün ödənişlər həyata keçirmirlər. Bununla belə, Avropa bazarının bunda maraqlı olmasını bildirən çoxlu əlamətlər görmək mümkündür. Respondentlərin 15 faizi yaxın bir ildə mobil maliyyə xidmətlərindən istifadə etmək niyyətindədir. 50 faizi mobil ödəniş provayderlərinin onlara kifayət qədər ödəniş təklif edəcəyi halda ənənəvi ödəniş alətlərindən istifadədən imtina etməyə hazırdır.
Tədqiqatın nəticələrindən mobil maliyyə provayderləri üçün verilən tövsiyələri qeyd etmək olar:
Rəyi soruşulanların 45 faizi mobil ödənişlərdən onların təhlükəsiz olmasına əmin olduqdan sonra aktiv istifadə edəcək.
44% smartfonlardan ödənişlərin çoxlu ticarət nöqtələrində dəstəkləndiyi halda bu xidmətdən istifadəyə hazırdır.
37% aksiya və endirimlərdə maraqlıdır.
32% mobil ödəniş provayderlərinin ödənişlərin emalı üçün komissiyanın azaldılmasını istəyir.
Həmçinin istifadəçilərin 30 faizi mobil qurğudan ödənişin rahat olmasını arzulayır.
Böyük Britaniya artıq mobil ödənişlər sahəsində yaxşı nəticələrə nail olub. Lakin bu tendensiya digər Avropa ölkələrində yayılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB