Dacia-nın top modeli fərqli bir dizaynla təqdim edildi...

Büdcə avtomobili hər kəsi təəccübləndirdi...

…Dacia Hipster artıq ən yaxşı avtomobil seçilib. Ən azından bu büdcə avtomobili hər kəsi təəccübləndirib. İnternetdə diqqət çəkən dizayna malik qeyri-adi elektrik avtomobili nümayiş etdirilib.

Bu kompakt model istehsal versiyasına yaxındır. Yeni Dacia Hipster Concept, sözün əsl mənasında, gələcək elektrik avtomobilinin inkişaf istiqamətini nümayiş etdirir.

SİA-nın məlumatına görə, Top Gear yeni modeli "Ən Yaxşı Dizayn" kateqoriyasının qalibi adlandırıb.

TALKWHEELS kanalı bəzi dəyişikliklərlə istehsala hazır büdcəli Dacianın necə görünə biləcəyini təsəvvür edib. Həndəsi stil təzə və oynaq görünür.

Kompakt 3 metrlik kuzov isə dörd nəfərlik oturacaq və kiçik baqaj təklif edir.

…Çinin Avropa avtomobil bazarını fəth etməsi davam edir. Bu, çox yavaş baş versə də, hətta Avropada ən populyar büdcə avtomobillərini satan Dacia belə bunu inkar edə bilməz.

Dacia büdcə seqmentində güclü iştirakı ilə tanınır.

Lakin Çin istehsalçılarından fərqli olaraq, Rumıniya brendi keyfiyyət və şık dizaynı ilə tanınır. Yeni Dacia Hipster elektrik avtomobili istehsalçının mövqeyini möhkəmləndirəcəyinə əmindir.

Qiymət 20.000 avrodan aşağı ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə