Maqnitlə hərəkət edən platforma iki saniyədə 700 km/saat sürətləndi...

...Çinli mühəndislər yeni dünya rekordu qırdılar -onlar maqnitlə hərəkət edən platformanı cəmi iki saniyədə 700 km/saat sürətləndirdilər.

SİA xəbər verir ki, Çin Mərkəzi Televiziyası bu barədə məlumat verib.

Platforma 400 metrlik sınaq yolunda 700 km/saat sürətləndirdi. Daha sonra dayandı. TASS-ın istinad etdiyi hesabatda texnologiyanın Çinin mərkəzi Çanşa şəhərindəki Milli Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən hazırlandığı qeyd edildi.

Əvvəllər Çinli həkimlərin ilk əməliyyatlarını 4200 km-dən çox məsafədə olan bir xəstə üzərində apardıqları bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə