Geely şirkəti Galaxy V900 hibrid miniveninin sifarişlərini qəbul edir...

...Çin şirkəti Geely, hibrid güc aqreqatına malik 5,3 metrlik Galaxy V900 minivenini təqdim edərək çeşidini genişləndirəcək.

SİA-nın məlumatına görə, qiymət və satışa çıxarılma tarixi gələn ilin əvvəlində açıqlanacaq.

Galaxy V900, əsasən, LEVC L380 elektrik avtomobilinin hibrid versiyasıdır. Modellər eyni kuzov formasına və oxşar dizayna malikdir və yalnız hibridin barmaqlığının olması ilə fərqlənir.

Minivenin uzunluğu 5360 mm, eni 1998 mm, hündürlüyü 1920 mm və təkər bazası 3200 mm-dir.

Alıcılara 6, 7 və 8 yerlik konfiqurasiyalarda təklif olunur. Lidarlı qabaqcıl G Pilot H5 sürücü yardım sistemi ilə təchiz olunub.

Miniven 1,5 litrlik turbomühərrik və iki elektrik mühərriki ilə təchiz olunub. Ümumi güc 456 at gücünə bərabərdir.

İddia edilən elektrik yürüşü batareyadan asılı olaraq 200 və ya 240 km-dir. Hibrid rejimində maksimum yürüşü 1200 km-dir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə