...Mercedes-Benz rəsmi olaraq baş dizayneri Qorden Vaqner-in gələn ilin əvvəlində şirkətdən ayrılacağını təsdiqlədi.
SİA xatırladır ki, Vaqner Mercedes-Benz-ə 1997-ci ildə qoşulmuşdu və tezliklə dizayn şöbəsində əsas fiqura çevrildi. Onun ilk ikonik dizaynlarından biri Qordon Murrey (McLaren F1-in yaradıcısı) ilə birgə hazırladığı Mercedes-Benz SLR McLaren idi.
Seriya superkarı 2000-ci illərin əvvəllərində buraxıldı və dizaynerin sonrakı karyerası üçün əsas ton müəyyən etdi. Vaqner 2008-ci ildə brendin dizayn şöbəsinin rəhbəri oldu. Onun rəhbərliyi altında Mercedes-Benz avtomobillərinin müasir görünüşü əsasən formalaşdı.
O, W222 nəsil S-Class, ilk AMG GT, kompakt A-Class, eləcə də yenilənmiş G-Class və yeni SL-in xarici dizaynına cavabdeh idi.
Son illərdə Vaqner EQ elektrik xəttinin inkişafına nəzarət etdi. Onun ən son layihələrinə yeni CLA, elektrik GLC və Vision Iconic konsepti daxildir.
Bəzi dizayn qərarları brendin pərəstişkarları arasında mübahisələrə səbəb olub, lakin Vaqener özü dəfələrlə yeni bir şey axtarışının həmişə risk və tamaşaçıların qarışıq reaksiyası ilə əlaqəli olduğunu vurğulayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB