...Yandex, UMO brendi altında bazara çıxması gözlənilən öz elektrik taksi avtomobilini hazırlayır.
SİA-nın məlumatına görə, layihə əsasən korporativ müştərilərə və tərəfdaş taksi şirkətlərinə yönəlib və istehsalına 2026-cı ildə başlana bilər.
UMO 5 adlanan avtomobil Çin GAC Aion Y Plus avtomobilinə əsaslanacaq. Modelinin qiyməti mövcud subsidiyalar da daxil olmaqla təxminən 2,4 milyon rubl təşkil edir.
Taksi şirkətlərinə isə öz növbəsində avtomobilə "abunəlik" təklif olunur və aylıq ödəniş 69.000 rubldan başlayır.
Model 204 at gücündə elektrik mühərriki və 63 kVt/saat batareya ilə təchiz olunub.
Maksimal məsafə 430 km-dir. 20-dən 80 faizə qədər sürətli doldurmanın da təxminən 30 dəqiqə çəkdiyi iddia edilir. Mütəxəssislər layihənin uğurunun doldurma infrastrukturunun inkişafından və elektrik enerjisi qiymətlərindən asılı olduğunu düşünürlər.
Rusiyada elektrikli avtomobil bazarı hələ də kiçikdir və sürətli doldurma stansiyalarının quraşdırılması yavaşdır.
Yandex-in layihəsi, hökumətin dəstəyi ilə Moskvich zavodunda istehsal edilməsi planlaşdırılan Atom elektrik avtomobili ilə rəqabət apara bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB