Sorğu avtomobil sahibləri arasında aparılıb…
...SİA-nın əldə etdiyi məlumata görə bu arada What Car avtomobil portalı ən etibarsız işlənmiş krossoverlərin siyahısını hazırlayıb.
Bunun üçün nəşr avtomobil sahibləri arasında sorğu keçirərək avtomobilləri 100 ballıq şkala üzrə qiymətləndirib. Volkswagen ID 4 işlənmiş bazarda ən az etibarlı elektrik avtomobili olub.
Sorğu onun etibarlılığını cəmi 79,6 faiz olaraq göstərib. Nissan Ariya 80,9 faiz etibarlılıq reytinqi ilə ikinci yeri tutub. Üçüncü yeri 100 baldan 81 faiz etibarlılıq reytinqi ilə BMW iX tutub.
GS ZS EV və Audi e-tron müvafiq olaraq 81,8 və 84,4 faiz etibarlılıq reytinqi ilə ardınca gəlirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB