...ABŞ-ın aparıcı istehlakçı tədqiqat nəşri olan Consumer Reports nəqliyyat vasitələrinin etibarlılıq reytinqini dərc edib. Mütəxəssislər təcrübələrini bölüşən və problemləri bildirən 26 məşhur brendin 380.000 sahibini təhlil ediblər.
Onlar həmçinin test sürücüləri və qəza testlərinin məlumatlarını da nəzərə alıblar.
SİA xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, hibrid avtomobillər hazırda benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən daha etibarlıdır və nasazlıqlar 15 faiz azdır.
Digər tərəfdən, qoşulan hibridlər və elektrikli nəqliyyat vasitələri daha az etibarlıdır və 80 faiz daha çox problemə malikdir.
Bazarda ən etibarlı avtomobillər Yaponiya istehsalıdır. Günəş Ölkəsindən altı brend ilk 10-luğa daxil olub, reytinqdə Toyota, Subaru və Lexus liderlik edib.
Ram və Rivian ən çox problemə malik avtomobillər kimi tanınıblar. Əvvəllər reytinqin ən aşağısında yer alan Tesla gözlənilmədən 9-cu yerə yüksəlib.
Müxtəlif avtomobil istehsalçılarının ən etibarlı modelləri də adlandırılıb:
- Buick Envision;
- Chevrolet Corvette;
- Chevrolet Trax;
- Ford Bronco Sport; Ford Bronco Sport;
- Ford F-150 Hibrid; Ford F-150 Hibrid;
- Ford Maverick; Ford Maverick;
- Honda Accord;
- Honda CR-V Hibrid; Honda CR-V Hibrid;
- Kia Carnival Hibrid; Kia Carnival Hibrid;
- Lexus NX Hibrid; Lexus NX Hibrid;
- Subaru Impreza;
- Subaru Crosstrek;
- Subaru WRX;
- Tesla Model Y;
- Toyota 4Runner; Toyota 4Runner;
- Toyota Camry; Toyota Camry;
- Toyota Crown;
- Toyota Grand Highlander Hibrid;
- Toyota Land Cruiser Prado;
- Toyota Tacoma;
- Toyota Tundra.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB