2025-ci ildə istifadəçilərin ən çox razı qaldığı 10 ən yaxşı smartfon...
...AnTuTu etalonunun tərtibatçıları 2025-ci ilin fevral ayı üçün ən son reytinqi dərc ediblər. Bu dəfəki siyahıda istifadəçilərin ən çox razı qaldığı Android smartfonları yer alıb.
SİA-nın məlumatına görə, Huawei Mate 70 Pro+ istifadəçilərin “sevimlisi” kimi tanınıb.
Bençmarkda səs verən alıcıların 99,52 faizi bundan razı qalıb. İkinci yeri 97,45 faiz təsdiq reytinqi ilə başqa bir Huawei flaqmanı – Pura 70+ tutur. İlk üçlüyü 94,69 faizlə Honor Magic 6 Ultimate Edition qapayır.
Yanvar ayı ilə müqayisədə ilk üçlük demək olar ki, dəyişməyib: əvvəllər qatlana bilən Honor Magic V2 üçüncü yerdə idisə, indi onu Honor kameralı telefon əvəzləyib.
İlk onluğa digərləri ilə yanaşı, Honor GT, Oppo Find N3, Oppo Find X7 Ultra, Samsung Galaxy Z Fold 5, Xiaomi 15 və Galaxy S24+ daxildir.
Sonuncu yerdə Meizu 21 Pro qərarlaşıb. İstifadəçilərin 93,59 faizi telefondan razı qalıb.
Bundan əvvəl AnTuTu qiymət və performans əsasında ən yaxşı Android smartfonlarının reytinqini dərc etmişdi.
Realme cihazları birdən iki kateqoriyada qalib gəlib, ən bahalı kateqoriyada isə birinci yeri OnePlus 13 tutur.
Yeni araşdırma göstərib ki, bütün dünyada insanlar daha tez-tez bahalı smartfonlar almağa başlayıblar.
600 dollardan yuxarı modellər daha yaxşı prosessorlar, kameralar, displeylər və süni intellekt xüsusiyyətləri sayəsində daha çox müştəriyə çata bilər.
Və, bir qayda olaraq, bunlar iPhone-lardır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə