Dost olmayan ölkələrdən gələn şamlar bahalaşacaq

2025-ci ilin əvvəlindən Rusiyada dost olmayan ölkələrdən avtomobillər üçün şamların idxalına artan rüsumlar qüvvəyə minib.

SİA-nın məlumatına görə, müvafiq dəyişiklik RF Hökumətinin 2240 nömrəli qərarına edilən dəyişikliklərlə müəyyən edilir, bu barədə Avtomobil Xidmətləri İttifaqının Telegram kanalı qeyd edib.

Əsas rüsum dərəcəsi dəyişməz qalıb - gömrük dəyərinin 10 faizi.

Bununla belə, indi dost olmayan ölkələrdən gələn şamlar üçün 25 faiz limit tətbiq edilir.

Qərar istər-istəməz bazarda belə hissələrin qiymətinin artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, qeyri-dost dövlətlər siyahısına 47 dövlət daxildir, o cümlədən: demək olar ki, bütün Qərb ölkələri və Yaponiya...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə