...AvtoVAZ XCite brendi ilə sıx əməkdaşlıq edir.
SİA-nın məlumatına görə, bu barədə avtomobil nəhənginin direktoru Maksim Sokolov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
...Müştərilər XCite avtomobillərini Lada salonlarında ala, həmçinin bütün xidmətlərə arxalana biləcəklər.
Bununla belə, XCite-in kimə məxsus olduğu sualı cavabsız qalır.
XCite avtomobilləri AvtoVAZ-a məxsus və müstəqil hüquqi şəxs olan Avtozavod Sankt-Peterburqda istehsal olunur.
Satış həcminin hazırda kiçik olmasına baxmayaraq, AvtoVAZ XCite çeşidini genişləndirməyi planlaşdırır.
Planlara kommersiya avtomobillərinin istehsalı, eləcə də bir sıra lüks modellər istehsal edəcək premium törəmə brend olan Aura-nın yaradılması daxildir.
...Uzatılmış sedan korpusunda olan Lada Aura-nın arxa tərəfində artıq şirkətin gələcək planlarından bəhs edən brend loqosu yoxdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə