"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Frayburq"la heç-heçə etdikləri matç (1:1) barədə danışıb. SİA xəbər verir ki, o, oyundan sonra "CBC Sport"a açıqlamasında futbolçulara və azarkeşlərə təşəkkür edib: "Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik".
Mütəxəssis Marko Veşoviçin penaltidən vurduğu qolun qeydə alınmaması barədə bunları söyləyib: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi. Bilmirəm ki, niyə ofsayd qərarı verildi".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB