Oğulcan Çağlayandan ofsayd üsyanı

Oğulcan Çağlayandan ofsayd üsyanı

"Giresunspor"dan Oğulcan Çağlayan "Beşiktaş"a 1:0 hesabı ilə uduzduqları matçdan sonra danışıb. SİA xəbər verir ki, 90-cı dəqiqədə "Beşiktaş"ın qapılarını havalandıran, lakin mövqeyi ofsayd olmadan qolu ləğv edilən Oğulcan hakimin qərarına reaksiya verib.

Oğulcan, "Beşiktaşı təbrik edirəm, qalib gəldilər. İlk qolum olacaqdı və çox mənalı olardı. Səhv olsa bağışlayın. "Beşiktaş" qalib gəldi amma biz son 10 dəqiqədə heç-heçəyə layiq idik. Nəticə belə oldu”- ifadələrindən istifadə edib.

"Giresunspor" futbolçusu, "Giresunsporun ən əhəmiyyətli xüsusiyyəti təslim olmamaqdır. Çox yaxşı işləyirik. Həvəslə oynayırıq. Oyun intizamını pozmamağa çalışırıq. Yaxşı yoldayıq. İnşallah bundan sonra 3 xal qazanacağıq. Keçən həftələrdə uğursuz xallar itirdik. Bu, bir yerdən dönəcək. "Giresunspor", orta və yuxarı sıralara yüksələcək"-deyə, çıxışını bu sözlərlə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə