Gərək ki, bunu bir dəfə demişdim, bu dəfə də deyirəm...buğda olmayan yerdə, darını gözə təpərlər.
Deməli, futbol üzrə Rusiya milli komandası səfərdə Qırğızıstanla yoldaşlıq görüşündə qalib gəlib. Əhsən sizə!
SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, Bişkekdə baş tutan oyunda ruslar 2:1 hesabı ilə qalib gəliblər.
Belə ki, qolları Daniil Utkin və Aleksandr Sobolev (penaltidən) vurublar. Qırğızıstan millisində isə Əlimərdon Şükürov fərqlənib.
Qeyd edək ki, futbol tarixində ilk dəfədir ki, Rusiya...el basa-basa gəlib Qırğızıstanla futbol oynayır. Necə deyərlər, dağıl ay dünya! Yox, yox...hələ yox, çünki noyabrda rusları İranda daha çətin oyun gözləyir.
Təbii ki, məlumatınız var: fevralın 28-də FİFA və UEFA Rusiya komanda və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Komandalar avrokuboklarda oynamır, Rusiya yığması isə 2022-ci il dünya çempionatında iştirakdan məhrumdur.
...Hə, indi deyirəm bunlar neyləməlidirlər axı? Kiminlə isə top qovmalıdırlar ki, sonradan topa yadırğamasınlar.
...Deyirəm, o vaxt Pamirin “Alqa” adlı futbol komandası vardı...görən durur, dağılmayıb ki? Dağılmayıbsa, deyirəm ruslar Orta Asiyaya gəlmişkən bir “Alqa” ilə də güclərini sınayardılar...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB