“Valensiya” gürcü qapıçı Giorgi Mamardaşvili ilə 2027-ci ilə qədər yeni müqavilə imzaladığını açıqlayıb. SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, 21 yaşlı Mamardaşvili Tbilisi “Dinamo”sunun yetirməsidir. Qapıçı eyni zamanda “Rustavi” və “Lokomotiv” (Tbilisi) klublarında da oynayıb və 2021-ci ilin yayında 200 min avroya icarə əsasında Valensiyaya gedib.
Bundan 6 ay sonra İspaniya klubu futbolçunun hüquqlarını 850 min avroya alıb.
Onu da qeyd edək ki, Mamardaşvili "Valensiya"nın heyətində keçirdiyi 27 matçda 27 qol buraxıb.
Yeri gəlmişkən onu da bildirək ki, ötən ilin sentyabrından Gürcüstan millisində debüt edən Giorgi Mamardaşvili, Gürcüstan millisinin heyətində üç oyun keçirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB