Fərid Qayıbov idmançıları qəbul edib - FOTOLAR

Fərid Qayıbov idmançıları qəbul edib - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan F.Qayıbov son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.

Görüşdə paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.

Təəsüratları dinləyən nazir təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə