Elxan Məmmədov əfsanəvi futbolçu ilə görüşüb

Elxan Məmmədov əfsanəvi futbolçu ilə görüşüb

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransa millisinin əfsanəvi futbolçusu Marsel Desayi ilə görüşüb. SİA-nın məlumatına görə, görüş ali futbol qurumunun Fransanın paytaxtı Parisdə yerləşən ofisində baş tutub.

AFFA-nın sabiq vitse-prezidentinin qonağı olan veteran müdafiəçi onunla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Marsel Desayi futbolçu karyerası ərzində ölkəsinin "Marsel", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə