"Bu gün ağır oyun olacaq" - SABİQ BAŞ MƏŞQÇİ AÇIQLADI

“Bu gün Çempionlar Liqasının oyunudur. Təbii ki, nəticə etibarilə ağır oyun olacaq. “Viktoriya” komandası bizdən zəif deyil. Bir neçə il bundan öncə “Qarabağ” komandası ilə qarşılaşsalar da, sevinən tərəf “Viktoriya” komandası olmuşdu”. Bu fikirləri SİA-ya açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov bildirib.

Sabiq baş məşqçi qeyd edib ki, “Qarabağ” bu gün uğurlu nəticə ilə bizi sevindirəcək: “PLF oyunlar çox ağır keçir. Hər iki komanda öz şansını qaçırmamalıdır. Qrup mərhələsinə düşmək üçün biz əlimizdə olan şansları çox yaxşı dəyərləndirməliyik. Buna görə də bugünkü oyun çətin olacaq. “Viktoriya” komandası çox ciddi və nizam-intizamlı bir klubdur. PLF mərhələsinə qədər gəlib çıxıbsa, deməli, komanda özünə hakimdir. Fikrimcə, “Qarabağ” komandasının müdafiəsində müəyyən boşluqlar var. Hər oyunda komanda qol buraxır. Lakin hücum xəttində komanda bütün klublardan irəlidədir. Çünki hər oyunda 2-3 top vurmaq gücünə malikdir və bunu da bütün oyunlarda göstərir. Müdafiədəki olan boşluqlar hər an komandanı uğursuzluğa apara bilər. Bu baxımdan, Qarabağ çox diqqətli davranmalı və müdafiə xəttində kompakt davranmalıdır. Bu oyunda səhvlər buraxan tərəf təbii ki, məğlub olacaq. “Viktoriya” komandasının çox keyfiyyətli hücumçuları var. Komanda demək olar ki, əks hücumlarda çox güclü oynayır. Müdafiədə az səhv edən tərəf qalib olacaq. Nəticə barədə danışmaq çətindi. Çünki belə oyunlarda 1 top belə oyunun taleyini həll edir. Minimal hesabla qalibiyyət də ola bilər. Hər iki komandanın şansı oyunlarda bərabərdir. “Qarabağ” ev oyununda top fərqini 2-dən çox etməlidir ki, səfər oyununda özünü rahat hiss etsin. Düşünürəm ki, əvvəlki oyunlarda buraxılan səhvlər təkrarlanmayacaq. “Qarabağ”ın üstünlüyü onun komanda şəklində oynamasıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə