“Barselona” futbolçusunu icarəyə verdi

"Barselona”nın futbolçusu Aleks Kolyado karyerasını icarə əsasında “Elçe”də davam etdirəcək.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Kataloniya klubu futbolçunun maaşının 50 faizini ödəyəcək. 23 yaşlı ispaniyalı ilə icarə müqaviləsi 1 illikdir.

Kolyado 2010-cu ildən “Barselona”da çıxış edir. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Qranada”da keçirib. Onun hesabında 17 oyun, iki qol və bir məhsuldar ötürmə var.

Bütün xəbərlər Facebook səhifəmizdə