UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” matçını izləmək və komandamızı dəstəkləmək istəyənlər üçün biletlərin qiyməti açıqlanıb. SİA-nın "Qarabağ" FK-na istinadən məlumatına görə, Macarıstanda keçiriləcək matçı izləmək istəyənlər avqusutn 9-u saat 18:00-dan 20:00-a qədər Budapeştin “Ferentsvaroş” stadionunda azarkeşlərimiz üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər. Biletin qiyməti nəğd ödənişlə olaraq 8 avrodur (2850 HUF).
Qeyd edək ki, “Ferentsvaroş” - “Qarabağ” oyununu avqustun 8-də Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Müəllif: Şiraslan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB