"Qarabağ"ın potensial rəqiblərinin oyununda qonaqlar qalib gəldi

"Qarabağ"ın potensial rəqiblərinin oyununda qonaqlar qalib gəldi

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunlarına start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri olan “Şerif” (Moldova) və “Viktoriya” (Çexiya) klubları üz-üzə gəlib.

Tiraspolda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) – 1:2
Qollar
: Akanbi, 36-pen. (1:0), Çori, 41-pen. (1:1), Qose, 90+2 (1:2)

Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” cütünün qalibi pley-offda “Şerif” – “Viktoriya” cütünün güclüsünə rəqib olacaq.
“Qarabağ”ın Macarıstan klubu ilə ilk oyunu sabah Bakıda, cavab matçı isə avqustun 9-da Budapeştdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə