“Neftçi” “Aris”lə oyuna hazırlaşır

“Neftçi” “Aris”lə oyuna hazırlaşır

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir. SİA-nın "Neftçi PFK"aya istinadən məlumatına götə, iyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komandamız birgünlük fasilədən sonra yenidən məşqlərə başlayıb. "Neftçi"nin növbəti hazırlıq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub.

Qeyd edək ki, “Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə