"Arsenal" "Yuventus"la danışqlar aparır

"Arsenal" "Yuventus"la danışqlar aparır

London "Arsenal"ı braziliyalı yarımmüdafiəçinin icarəyə götürülməsi ilə bağlı "Yuventus" ilə danışıqlar aparır. SİA-ın "Daily Express"ə istinadən məlumatına görə, klublar 25 yaşlı Artur Ramosu ya seçim, ya da satın alma öhdəliyini ehtiva edə biləcək bir illik icarəni müzakirə edirlər.

Xatırladaq ki, Arsenal yanvarda İtaliya klubunun yarımmüdafiəçisini istəsə də, gözləmək qərarına gəlmişdi.

Artur ötən yay "Barselona"dan "Yuventus"a keçmişdi. Formal olaraq, transfer məbləği 72 milyon avro idi. Artur Ramos ötən mövsüm İtaliya A Seriyasında 20 oyun keçirib və effektiv hərəkətləri ilə seçilməyib.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə