"Fənərbaxça" ilə "Dinamo" qarşılaşacaq

"Fənərbaxça" ilə "Dinamo" qarşılaşacaq

"Dinamo" (Kiyev) - "Fənərbaxça" (İstanbul) UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçı maraqla gözlənilir.

SİA-nın məlumatına görə, İstanbulun “Fənərbaxça” klubunun Kiyev “Dinamo”su ilə keçirəcəyi ilk oyun Rusiya ilə gərginlik səbəbindən Polşada keçiriləcək. Cavab oyunu İstanbulda oynanılacaq. İlk oyun çərşənbə günü, iyulun 20-də, Polşanın Lodz şəhərindəki Miejski stadionunda saat 21.00-da keçiriləcək. Cavab matçı 27 iyul çərşənbə günü saat 20:00-da Ülker Stadium Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksində oynanılacaq.

Komandaya dünya şöhrətli baş məşqçi Xorxe Jesusu gətirən və Linkoln Henrike, Villian Arao, Emre Mor, Tiaqo Çukur, Coşua Kinq və Brumanı heyətinə qatan "Fənərbaxça" turu keçərək adını 3-cü təsnifat mərhələsində yazdırmaq istəyir.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Fənərbaxça" Kiyev "Dinamo"suna qalib gəlsə, "Şturm Qraz"la qarşılaşacaq.

"Dinamo" Kiyev - "Fənərbaxça" İstanbul matçının mümkün heyəti:

"Dinamo" Kiyev: Buşçan, Karavayev, Dubinçak, Zabarnıy, Tımçik, Sydorçuk, Şaparenko, Tsıhankov, Harmaş, Verbiç, Supryaha

"Fənərbaxça" İstanbul: Altay, Osayi-Samuel, Serdar Aziz, Atilla Szalai, Ferdi Kadıoğlu, İsmail Yüksek, Miguel Crespo, İrfan Can Kahveci, Diego Rossi, Linkoln, Valencia

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə