Millimizin oyunlarının təqvimi müəyyənləşib

Millimizin oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan milli komandasının 2024-cü ildə keçiriləcək futzal üzrə Dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

SİA-nın AFFA-ya istinadən məlumatına görə, millimiz Avropa zonası üzrə əsas seçmə mərhələsinin 6-cı qrupunda Polşa və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

7 oktyabr, 2022
Azərbaycan – Polşa

11 oktyabr, 2022
Yunanıstan – Azərbaycan

3 mart, 2023
Azərbaycan – Yunanıstan

7 mart, 2023
Polşa – Azərbaycan

Qeyd edək ki, qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə