"Fənərbağça" müdafiəçi axtarır

"Fənərbağça" müdafiəçi axtarır

Cənubi koreyalı futbolçu Kim Min-Jaenin yerinə müdafiəçi axtaran “Fənərbaxça”da hədəflərdən biri də Ninodur.

SİA-nın “Fotomaç” saytına istinadən xəbərinə görə, transfer üçün futbolçunun hazırkı klubu olan "Fluminense" ilə danışıqlara start verilib. Ninonun da “Fənərbağça”da oynamaq istədiyi bildirilir ki, bu da komandanın əlini gücləndirə bilər.

Xatırladaq ki, 2022-ci ilin iyul ayından etibarən sağ və sol müdafiəçi olaraq Nino ölkəsinin Braziliyanın köklü klublarından biri olan "Fluminense"də çıxış edir. 25 yaşlı futbolçunun bazar dəyəri 6,5 milyon avrodur.

Braziliyalı müdafiəçi Nino “Fluminense”nin heyətində 161 matçda 8 qola töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə