"Messi və Neymarda qorxulu heç nə yoxdur"

"Messi və Neymarda qorxulu heç nə yoxdur"

"Trua"da oynayan Adil Rami PSJ-nin futbolçuları Lionel Messi və Neymar haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı oyunçu deyib: "Messi və Neymar? Bu futbolçular zirvədə olanda onlara qarşı oynadım. İndi isə Messinin artıq 35 yaşı var. Onlarda qorxulu heç nə yoxdur".

Qeyd edək ki, Rami ötən mövsüm Fransa Liqa 1 təmsilçisində 18 oyun keçirib və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə