“Turnirin keçirilməsində əsas məqsəd türklərin gücünü bütün dünyaya göstərməkdir” - FUAD ZEYNALOV SİA-YA DANIŞDI

”İyulun 2-sində “Qarabağ Zəfər gecəsi” kikboksinq keçirildi. Yarışda 8 idmançı iştirak edirdi”. Bu sözləri SİA-ya açıqlamasında “Sərhədçi” Kikboksinq Klubunun rəhbəri, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş zabit məşqçisi, mayor Fuad Zeynalov deyib.


Onun sözlərinə görə, idmançılardan 5-i azərbaycanlı, 3-ü isə türk idmançıları idi: “Turnirdə 8 idmançı dünya millisinə qarşı mübarizə aparırdı. Bundan əlavə yarışda həmçinin Nehir Rəcəbzadə, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat iştirak edirdi.

Ümumilikdə yarışın keçirilməsində əsas məqsəd türklərin gücünü, İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığımızı bütün dünyaya göstərmək idi. Turnirin təşkilatçısı “Loca” döyüş klubunun türkiyəli rəhbəri Kürşat Şahin idi. Kürşat Şahin söz vermişdi ki, Azərbaycanda Qarabağa həsr olunmuş möhtəşəm bir turnir keçirəcək. Turnirdə iştirak edən 3 idmançı - 71 kiloqramda “Pələng” ləqəbli Qəşəm Məmmədov, 75 kiloqramda “Qara Bəbir” ləqəbli, “Sərhədçi” komandasının kapitanı Elşad Şahbazov və 81 kiloqramda “Tank” ləqəbli Elcan Alıkişiyev Sərhədçi İdman Olimpiya Mərkəzinin idmançısı idi və hər üç idmançı yarışda yüksək nailiyyətlər qazandı.

Qəşəm Məmmədov “nock-out” ilə, Elşad Şahbazov və Elcan Alıkişiyev isə 3:0 hesab ilə rəqiblərinə qalib gəldilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə