"“Formula-1” Bakını dünyanın ən məhşur şəhərinə çevirdi" - İDARƏ RƏİSİ AÇIQLADI
"Dünən “Formula-1” üzrə Azərbaycan Qran-pri yarışı başa çatdı. Sevindirici haldır ki, bu il Qran-pri yarışı çox fərqli keçdi. Çünki bu il biz yarışa qalib ölkə olaraq məğrurla, qürurla ev sahibliyi etdik". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Onun sözlərinə görə, bu ilin Qran-pri yarışının ən önəmli tamaşaçıları Vətən Müharibəsində şəhid olmuş qardaşlarımızın ailə üzvləri, qazilər və onların övladları olmuşdur. Bu da dövlətimizin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğının bir nümunəsidir.
Üç gün ərzində keçirilən bu yarış ərəfəsində ölkəmiz, o cümlədən, paytaxtımız – Bakı şəhəri dünyanın ən məşhur və ən maraqlı şəhərinə çevrilmişdir. Ötən 2020-ci ilin “Formula-1” üzrə Azərbaycan Qran-pri yarışı pandemiya dövrünə təsadüf etdiyini nəzərə alaraq bu il fərqli keçmiş və kifayət qədər əcnəbi qonaq ölkəyə gəlmişdir. Qonaqlar tərəfindən istər-istəməz şəhərimizin gözəl tarixi abidələrinin, dadlı yeməklərinin, gülərüz insanlarının, uğur qazanmış idmançılarının və gənclərinin şəkillərini çəkərək şəxsi sosial şəbəkələrində paylaşacaqlar. Bu da ölkəmizin dünya ölkələri arasında nüfuzunu daha da artıracaqdır. Təşkilat komitəsi bu yarışı yüksək səviyyədə keçirdərək bir daha onu göstərdi ki, ölkəmiz dünyanın ən böyük idman yarışı olan Yay Olimpiya oyunlarına da ev sahibliyi etməyə qadirdir. Ölkəmizdə keçirilən hər bir beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi bizim idman ölkəsi olduğumuzu bir daha sübut edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB