AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir - FOTOLAR

AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir - FOTOLAR

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində 5 rayonu əhatə edən antidopinqmaarifləndirmə tədbirləri həyata keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu dəfəki təlimlər Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Gəncə, Yevlax, Göygöl, Şəmkir və Tovuz Şəhərlərində yerləşən Təhsil Nazirliyinin tabeliyindəki idman məktəblərində baş tutub. Hər bir rayonda keçirilən antidopinq təlimləri idmançıların böyük marağına səbəb olub. Belə ki, tədbirlərdə ümumilikdə 18 idman növünü təmsil edən təxminən 500 idmançı, müəllim, məşqçi, həkim və idman məktəblərinin rəhbərliyi iştirak edib.

Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinqanlayışı, antidopinq qayda pozuntuları, dopinq testi vətəmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb.

AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirməproqramı” çərçivəsində silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə