AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb. SİA-nın məlumatına görə, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, 1/4 finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB