Şahin Mövsümov yenidən Kamandan Oxatma Federasiyasının prezidenti seçilib

Şahin Mövsümov yenidən Kamandan Oxatma Federasiyasının prezidenti seçilib

Aprelin 15-də Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. SİA xəbər verir ki, yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə