Gənclər təşkilatı məktəb rolunu həyata keçirdir - NAZİR MÜAVİNİ AÇIQLADI
“Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilk növbədə bir məktəbdir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Davamçı Gənclər Hərəkatı” Forumunun açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva bildirib.
Onun sözlərinə görə, bu cür təşkilatlar gənclərin təşəbbüskarlıqlarının və sosial idealarının reallaşdırılması üçün ən yaxşı fürsətdir: “Gənclərimiz mümkün qədər bu cür təşkilatlarda fəaliyyət göstərsə, bir o qədər də inkişaf edər. Həmçinin onların işlə təmin edilməsi və həyatda müəyyən mövqe tutması üçün bu kimi tədbirlərin görülməsi çox vacib bir amildir. Azərbaycan müstəqillik qazandığı bir dövrdə bu kimi təşkilatın mövcud olması dövlət üçün böyük bir əhəmiyyət kəsb edir. 2020-ci ildə qazandığımız möhtəşəm qələbə bizim gənclərimizdə nə qədərcə vətəninə və millətinə bağlı olduğunu sübut etdi. Bu gün gənclər təşkilatları onları sosiallaşdırmaqla yanaşı peşə biliklərinin artırılmasına da təşfiq edir. Ona görə də hesab edirəm ki, gənclər təşkilatları öz vəzifələrini layiqincə həyata keçirdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB