Azərbaycan millisi Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçir - FOTOLAR

Azərbaycan millisi Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçir - FOTOLAR

Gənc boksçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib. SİA xəbər verir ki, Avropa birinciliyi öncəsi toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq döyüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb.

Qeyd edək ki, yığma aprelin 11-də Türkiyədən Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək. Komandamız aprelin 13-22-də baş tutacaq yarışda tam heyətlə çıxış edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə