FIFA-nın qərarı tənqid edildi

Niderland millisinin baş məşqçisi Lui Van Qal 2022-ci il dünya çempionatını keçirmək hüququnun Qətərə verilməsini tənqid edib. SİA xəbər verir ki, 71 yaşlı mütəxəssis "Mirror"a açıqlamasında bunun gülünc qərar olduğunu bildirib.

Onun sözlərinə görə, FİFA-nın bu addımı həmin ölkədə futbolun inkişaf etdirliməsi ilə deyil, pul və kommersiya maraqları ilə bağlıdır: "Çünki bu, ali futbol qurumu üçün vacibdir. Sizcə, niyə mən öz təcrübəmlə FİFA və ya UEFA-da heç bir komitədə yer almamışam? Çünki mən həmişə belə təşkilatların əleyhinə olmuşam. Bunu Qətərdə də deyə bilərəm, lakin bu, dünyanın problemdən qurtulmasına kömək etməyəcək".

Qeyd edək ki, noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə