Xorvatiyada medal sayı ona çatıb

Xorvatiyada medal sayı ona çatıb

Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirinin 2-ci yarış günü karateçilərimiz üçün çox məhsuldar keçib. SİA-nın verdiyi məlumata görə, 16-17 və 18-21 yaşadək gənclərdən ibarət milli komandamızın üzvləri daha 9 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, beşi isə bürüncdür.

21 yaşadək gənclər arasında Hüseyn Məmmədli (-67 kq), Fərid Ağayev (-75 kq) və Dadaş Abbasov (-84 kq) Qran Pri turninin qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (-67 kq) ikinci yeri, Namiq Quliyev (84+ kq), Xumar Əlibəyova (-50 kq) və Ayla Rzazadə (-61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi -55 kq) üçüncü pilləni tutub.

Qran Pri turnirində 10 medal qazanan idmançılarımız bazar günü mükafatların sayını artırmaq üçün mübarizə aparacaq. Nüfuzlu yarışda 33 ölkədən 1769 idmançı iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə