“Çətin oyun olacaq...”

"Barselona"nın baş məşqçisi Xavi Avropa Liqasının 1/8 finalında "Qalatasaray"la oyunda qalib gəldikdən sonra İspiya çempionatında "Real Madrid"lə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

SİA bu barədə ispan mətbuatına istinad edir:

“...”Qalatasayla” oyun vacib oyun idi. Bu, Avropa turniridir və biz uzaqlara getmək istəyirik. “Real Madrid”lə oyundan əvvəl yaxşı vəziyyətdə olduğumuzu deyə bilərik, amma bu heç nə demək deyil. Mən bunu artıq dəfələrlə görmüşəm. Yəni oyun çox çətin olacaq” - deyə Xavi bildirib.

Qeyd edək ki, İspaniya çempionatının 29-cu turu çərçivəsində keçirilən "Real Madrid" - "Barselona" matçı bazar günü, martın 20-də keçiriləcək.

Yeri gəlmişkən, “AS” xəbər verir ki, "Real Madrid" İspaniyanın 2021/2022 mövsümünün 29-cu turun Kataloniya "Barselona"sı ilə oyunu üçün xüsusi forma hazırlayıb.

Belə ki, madridlilər ağ əlavəli qara dəstdə oynayacaqlar. Forma Almaniyanın “Adidas” şirkəti tərəfindən "Kral klubu"nun 120 illiyi üçün hazırlanmış kolleksiyaya daxil edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə