“Barselona”dan səfərdə çətin qələbə

“Barselona”dan səfərdə çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 27-ci tura start verilib. SİA Matc.az-a istinadən xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Kadis” doğma meydanda “Rayo Valyekano” üzərində inamlı qələbəyə sevinib. Yeddi qolun qeydə alındığı “Selta” – “Malyorka” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

5 oyundur çempionatda məğlub olmayan “Barselona” “Elçe” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyundan da qalib ayrılıb.

Çempionlar Liqası zonasından uzaqlaşmaq istəməyən “Atletiko” isə “Betis”lə səfər matçından sərfəli nəticə ilə dönməyi bacarıb.

İspaniya La Liqası

27-ci tur

4 mart

Alaves – Sevilya 0:0

5 mart

Osasuna – Vilyarreal 1:0

Qol: Avila, 63.

Espanyol – Xetafe 2:0

Qol: Kabrera, 17. Kabako, 27-öz qapısına.

Valensiya – Qranada 3:1

Qol: Qedeş, 48. Qomes, 51. Soler, 62 – Domenek, 56-öz qapısına.

Real – Real Sosyedad 4:1

Qol: Kamavinqa, 40. Modriç, 43. Benzema, 76. Asensio, 79 – Oyarzabal, 10-pen.

6 mart

Kadis – Rayo Valyekano 2:0

Qol: Alkaras, 55. İdrissi, 63.

Elçe – Barselona 1:2

Qol: Fidel, 44 – Torres, 60. Depay, 84-pen.

Selta – Malyorka 4:3

Qol: Qalyardo, 13. D.Suares, 25. Aspas, 61; 90+7 – Qonsales, 17. Aydo, 49-öz qapısına. Sevilya, 87-pen.

Betis – Atletiko 1:3

Qol: Tello, 45+5 – J.Feliks, 2; 61. Lemar, 80.

7 mart

00:00 Atletik – Levante

Bütün xəbərlər Facebook səhifəmizdə