Beynəlxalq Avtomobil Federasiyası Rusiyada daha bir yarışı ləğv edib

Beynəlxalq Avtomobil Federasiyası Rusiyada daha bir yarışı ləğv edib

Rusiyanın Soçi şəhərində keçiriləcək drift üzrə kontinentlər arasında kubok yarışı ləğv olunub.

SİA xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) məlumay yayıb.

Kubok yarışının iyunun 9-12-də “Soçi Avtodromu”nda təşkili nəzərdə tutulmuşdu.

Daha əvvəl FIA Formula 1 Rusiya Qran-Prisi və turinq üzrə dünya çempionatının mərhələsi yarışını da ləğv etmişdi. Rusiya motokross və spidvey üzrə mərhələ yarışlarının keçirilməsindən də məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə