“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Qambiya yığması Qvineya ilə görüşdə minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane bu görüşün iştirakçısı olmayıb. O, turnirdəki son matçlarını ehtiyat oyunçular skamyasından izləyib.

Günün digər matçında Kamerun yığması Komor adaları ilə üz-üzə gəlib. Əksər futbolçuları koronavirusa yoluxmuş Komor adaları yığması bu görüşə hətta qapıçısız çıxıb. Bu azmış kimi, sözügedən komanda 7-ci dəqiqədə azlıqda da qalıb. Bu üstünlükdən maksimum yararlanan Kamerun yığması 2:1 hesablı qələbəyə sayəsində 1/4 finala yüksəlib.

Xatırladaq ki, daha öncə Burkina Faso və Tunis yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.

Afrika Millətlər Kuboku

1/8 final

24 yanvar

Qvineya – Qambiya 0:1

Qol: Barrou, 71.

Kamerun – Komor adaları 2:1

Qol: Ekambi, 29. Abubakar, 70 – Çanqama, 81.

Bütün xəbərlər Facebook səhifəmizdə